Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Sabah Şəhid Seyyid Mübariz İbrahimovun şəhadətinin ildönümüdür.
Bu münasibətlə İslam-Azeri.az İnternet qəzeti Şəhidin atası Ağakərim İbrahimovla əlaqə saxlayıb.
Ağakərim İbrahimov bu haqda deyib: "Əslində mən bu bir il ərazində hər gün oğlum, Şəhid Seyyid Mübarizi yad etmişəm. Hər gün onunla yaşayıb, onunla ölmüşəm. Mənim üçün sabahkı günün əslində bu bir il ərzində olan günlərdən böyük bir fərqi yoxdur. Bir daha deyirəm mən hər gün Seyyid Mübarizi yad edirəm ".
Şəhidin atası oğlunun şəhadətinin ildönümü ilə bağlı Bakıya gəlib, gəlməməsilə bağlı suala isə: "Xeyr mən Bakıya gəlməyəcəm. Biz inşəallah Seyyid Mübarizin böyüyüb başa çatdığı Biləsuvarın Əliabad kəndində onun ildönümünü qeyd edəcəyik. Bir daha xalqımızdan və xüsusilə sizdən Allah razı olsun ki, bu bir il ərzində siz Seyyid Mübarizi və bizi unutmadınız!".

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır