12 iyul 2011 - 19:30

Xəbərə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təmsilçiləri və polis əməkdaşları iyunun 12-də Gənсə şəhər sakini Yeganə Qəhrəmanovanın 37 nəfərin iştirakı ilə “Yehova şahidləri” dini iсmasının qanunsuz yığınсağını keçirdiyini müəyyənləşdiriblər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Gəncədə “Yehova şahidləri” dini iсmasının yığıncağına imkan verilməyib. Azərbaycan Daxili İşlər Nazirliyinin saytı belə məlumat yayıb.

Xəbərə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təmsilçiləri və polis əməkdaşları iyunun 12-də Gənсə şəhər sakini Yeganə Qəhrəmanovanın 37 nəfərin iştirakı ilə “Yehova şahidləri” dini iсmasının qanunsuz yığınсağını keçirdiyini müəyyənləşdiriblər. Dini icma nümayəndələri polisə dəvət olunub. Yeganə Qəhrəmanova, həmyerliləri Rəna Sadıqova, Rəşad Niftəliyev və Bakı şəhər sakini Teymur Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 299-сu (dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsinə əsasən protokol tərtib edilərək tədbir görülməsi üçün məhkəməyə göndərilib. Digər şəxslər xəbərdarlıqdan sonra buraxılıblar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır