Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İşğalçı NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Apparturayın cümə gününə planlaşdırılan Bakı səfəri Brüssel hava limanının işçilərinin gözlənilməyən tətili səbəbindən təxirə salınıb.
Alyansın mətbuat xidmətindən verilən məlumata görə, NATO-nun nümayəndə heyətinin Bakıya səfər üçün daha əlverişli vaxt müzakirə olunur.
Bu, Appaturayın başçılıq etdiyi nümayəndə heyətinin planlaşdırılmış və təxirə salınmış artıq ikinci səfəridir.
Xatırladaq ki, əvvəl İşğalçı NATO-nun nümayəndə heyətinin Azərbaycana səfəri mart ayında baş verməli idi, lakin o səfər Liviyada baş vermiş hadisələr səbəbindən təxirə salınmışdı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır