Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Astarada qətl hadisəsi baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, Sığaloni kəndinin sakinləri meşə massivində kişi meyiti aşkar ediblər.
Dərhal polisə məlumat verən kimi hadisə yerinə polis və prokurorluq əməkdaşları yollanıb, meyitə baxış keçirilib və meyitin kimliyi müəyyən edilib. Bu, taksi fəaliyyəti ilə məşğul olan 58 yaşlı Medqela Hacırıza oğlu Hüseyonvdur.
Rayon Prokurorluğundan bildiriblər ki, 3 uşaq atası olan M.Hüseynovun hansı şəraitdə öldüyü araşdırılır. İlkin ehtimala görə, mərhum başından xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır