Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: AFP bildirir ki, Misirdəki "Müsəlman qardaşlar" (İxvanul Muslimin) təşkilatının adı rəsmən qadağan edilmiş strukturlar siyahısından çıxarılıb. Beləliklə də 80 illik tarixi ərzində ilk dəfə olaraq "Müsəlman qardaşlar" leqal siyasi təşkilata çevriliblər.
Yeni formasında Azadlıq və Ədalət Partiyası adlanacaq təşkilat seçkilərə qatılmaq imkanı əldə edib. Təşkilatın liderləri bildiriblər ki, partiya teokratik olmayacaq, ənənəvi dəyərləri mühafizə edərək Avropadakı xristian-demokratik partiyaların müəyyən analoqu olacaq.
Partiya sentyabrda keçiriləcək parlament seçkilərində mandatların 1/3-də