30 aprel 2011 - 19:30

R.Qulaməliyev Corat qəsəbə Bələdiyyəsinin sədr müavini olub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Sumqayıt şəhərində bələdiyyə sədrinin müavini özünü asıb. 60 yaşlı Rəhim Qulaməliyevin meyiti bu gün səhər saat 08 radələrində “Nəsimi” adına parkda ağacdan asılmış vəziyyətdə tapılıb.

Məlumatı Sumqayıt şəhər polisi yayıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu araşdırmaya başlayıb.

R.Qulaməliyev Corat qəsəbə Bələdiyyəsinin sədr müavini olub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır