Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: "Azadlıq Karvanı 2"-nin təşkilatçıları bildiriblər ki, əgər onların Qəzzaya apardıqları gəmi karvanına hücum təşkil olunarsa, bundan cavabdeh BMT baş katibi Pan Gi Mun olacaq. Onlar Pan Gi Munun son çağırışına münasibət bildirərkən deyiblər ki, bu çağırış İsrailə dəniz konvoyuna hücum etmək üçün bir bəhanədir. Təşkilatçılar bu çağırışın İsrailin təzyiqləri nəticəsində verildiyini söyləyərək bildiriblər ki, bu çağırış BMT-nin Qəzza blokadasının aradan qaldırılmasına olan çağırışlarına ziddir. Bu çağırışın Azadlıq karvanının təyin olunan vaxtda yola düşməsinin qarşısının ala bilməyəcəyini söyləyən təşkilatçılar Pan Gi Muna belə çağırışlar etmək əvəzinə qatil İsrailin cinayətlərini araşdırmağı məsləhət görüblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır