Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İşğalçı Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub. Bu barədə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib. Məlumata görə, İşğalçı Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 26-da saat 19.30-dan 19.35-dək Ağdam rayonunun Yusifsanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən savab atəşi ilə susdurulub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır