Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanda milli-mənəvi dəyərlərin sionistlərin göstərişi ilə mövcud rejim tərəfindən özünün ən krizis həddinə gəlib çatması, belə ki, azana qadağalar qoymaq, məscidləri sökmək, təhsil nazirliyinin “vahid məktəbli formasına keçid” adı altında hicabı yasaqlamq, əhalinin sosial durumunun son həddə kobudcasına rejim tərəfindən pozulması və xalqın iqtidar tərəfindən şüurlu sürərdə pozğunçuluğa sürühlənməsi qarşısında duraraq bu il yanvarın 2-də tarixi çıxışı ilə nəinki Əliyevlər rejimini hətta ətrafyani məntəqə ölkələrini təlatümə gətirən Azərbaycan İslam Partiyasının (AİP) sədri Doktor Hacı Mövsüm Səmədov yanvarın 7-də həbs olunaraq, inzibati qaydada 10 sutka müddətində azadlıqdan məhrum edilərək, barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Bakı Apellyasiya Məhkəməsində həbs-qətimkan tədbirinin seçilməsi haqqında məhkəmə hökmündən verilən apellyasiya şikayəti isə təmin edilməmiş, istintaq müddəti avqustun 15-nə qədər uzadılmışdı.
İslamçıların Lideri M.Səmədovun vəkili Anar Qasımovun ötən həftənin sonunda hüquqlarını müdafiə etdiyi şəxslə görüşüb. Vəkil M.Səmədovun Fatimeyi-Zəhranın (s.ə) mövludu münasibətilə bütün dünya müsəlmanlarını xüsusi ilədə Azərbaycan xanımlarını təbrik etməsini bildirib.
Vəkil həmçinin uzadılmış vaxtda hansı proseslərin getdiyi barədə sualımıza da aydınlıq gətirdi. Onun sözlərinə görə, həbs müddəti avqustun 15-nə qədər uzadılsa da, hazırda heç bir istintaq hərəkəti aparılmır. Və əslində buna ehtiyac da yoxdur.
Xatırladaq ki, M.Səmədov Azərbaycan Resbublikası Cinayət Məcəlləsinin 228.3 və 278-ci maddələri ilə mövcud rejim tərəfindən şərrlənilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır