Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Xətai rayonu ərazisində kişi meyiti tapılıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, meyit bu gün səhər saatlarında Qaçaq Nəbi 5 ünvanında yerləşən binanın qarşısında aşkarlanıb.
Ölən şəxsin narkoman olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Mərhumun öz əcəli ilə ölməsi və ya qətlə yetirilməsi haqda məlumat yoxdur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır