Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rusiyanın Perm vilayətinin Lenin Rayon Məhkəməsi ölkənin baş naziri Vladimir Putinə qarşı iddianı təmin edərək onun 244 rubl (təqribən 8 manat) məbləğində cərimələnməsi barədə qərar çıxarıb.
Qərar vəkil Aleksey Kolesniçenkonun qaldırdığı iddia əsasında qəbul olunub. Putinə göndərdiyi məktuba cavab almayan permli vəkil məhkəmədə qaldırdığı iddiada baş nazirin məktubun göndərilməsinə və rüsuma çəkilən xərci ödəməsi tələbini qoyub.
İddiaya səbəb olan məktubu vəkil 2010-cu ilin dekabrında göndərib.
244 rublun ödənilməsi haqda məhkəmənin çıxardığı qərarla bağlı icra vərəqəsinin artıq Məhkəmə İcraçıları Federal Xidmətinə təqdim edildiyi bildirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır