Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ayətullahil Uzma Hacı Seyyid Muhəmməd Müftişiə Musəvinin il dönümü bu gün müqəddəs Qum şəhərində anıldı.
Anım mərasimi İmam Muhəmməd Təqi adına elmi təhqiqat müəssisəsində qeyd olundu.
Mərasimdə bir çox adlı-sanlı şəxsiyyətlər iştirak etmişdir. O cümlədən dünya müsəlmanlarının mərcəi təqlidi həzrəti Ayətullahil Uzma Şübeyri Zəncani, Ələvi Qurqani, digər məşhur müçtehidlərin ofis nümayəndələri, Müdərrislər Cəmiyyətinin bəzi üzüvləri, Ayətullah Sistaninin ofis müdiri Höccətul İslam vəl Müslimin Şəhristani, Ayətullah Seyyid Cəfər Kərimi iştirak edirdilər.
Keçirilən anim mərasimin xitabəçisi Höccətul İslam vəl muslimin Doktor Rəfii olmuşdur. Xətib mərhum Müftişiə cənablarının elmi və əxlaqi fəzilətlərindən söhbət açmışdır.
Ayətullah Müftişiə Qum elmi hövzəsinin əxlaqi fəzilətləri ilə tanınmış mərcəi təqlidlərindən idi. O, bir ömür elim sahəsində gərgin səylər göstərdikdən sonra 2010 il mayın 19, 82 yaşında fani dünya ilə vidalaşaraq öz pərvərdigarına qovuşdu.
Ruhu şad. AMİN












Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır