Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Sumqayıt şəhərində kütləvi dava olub. Şəhər Polis İdarəsindən verilən məlumata görə, dava zamanı Saray qəsəbə sakinləri Baba Məcidov və Rüfət Pərvanıyev bıçaq xəsarətləri ilə xəstəxanaya gətiriliblər. Hər iki şəxsin vəziyyətləri ağır olduğundan onların ifadəsini almaq mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır