18 may 2011 - 19:30

“İSTƏYİRİK AZƏRBAYCAN SİYASİ AVTORİTARİZMLƏ İSLAM EKSTREMİZMİ ARASINDA ALTERNATİV BİR YOLLA GETSİN”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza “Amerikanın səsi” radiosuna müsahibə verib.  “Turan”ın məlumatına görə, müsahibədə demokratiya və Dağlıq Qarabağ münaqişəsi məsələlərinə də toxunulub.

- Dövlət Departamentinin hesabatlarında Azərbaycanda insan hüquqları, mətbuat, toplaşmaq azadlıqlarının pozulmasından  və korrupsiya hallarından danışılır. Azərbaycan hökuməti ilə bu sahədə müzakirələr aparılırmı?

- Bu məsələləri Azərbaycanın yüksək və orta səviyyəli rəsmiləri ilə, eyni zamanda parlamentdə müzakirə etmişik. Mən vaxtımın çox hissəsini Azərbaycan hökumətindən olan tərəfdaşlarımla demokratiya və insan hüquqları məsələsinin müzakirəsinə həsr edirəm. Biz fəaliyyətimizi tərəfdaşlıq ruhunda qurmaqla istəyirik ki, Azərbaycan siyasi avtoritarizmlə islam ekstremizmi arasında alternativ bir yolla getsin. Bu islahatlar qısamüddətli baxışda riskli görünsə də, uzunmüddətli perspektivdə sabitliyin bərqərar olunmasına kömək göstərir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır