Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Sumqayıt şəhərindəki restoranda qanunsuz fəaliyyət göstərən dini qruplaşma aşkarlanıb. Daxili İşlər Nazirliyinin saytına istinadən mayın 15-də saat 11:00 radələrində "Göygöl" restoranında "Mədh" kilsəsi dini icmasının baş məsləhətçisi, Bakı şəhər sakini Elçin Paşayev və arvadı Afər icmanın 40 nəfər üzvü ilə birgə toplantı keçiriblər. Onlar pravoslav təriqətini qanunsuz olaraq təbliğ etdiklərinə görə Sumqayıt şəhər Polis İdarəsi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
E.Paşayev, Afər və 12 nəfər icma üzvü 4-cü PB-nə gətiriliblər. E.Paşayev və Afər barəsində İnzibati Xətalar Məcəlləsinin 299.0.4-cü (dini qurumların qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət gəstərməsi) maddəsi ilə protokol tərtib olunub, icmanın üzvləri ilə profilaktiki söhbətlər aparıldıqdan sonra sərbəst buraxılıblar. Heç kəs cəzalanmayıb. Lakin həmin polis alayı Azərbaycan dövlət konustitusiyasına müvafiq olaraq dinc aksiyalar keçirdən qız və oğlanları isə al qanlarına qərq etdilər!
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır