14 may 2011 - 19:30

“Bu oyanış həzrəti Məhdinin (əccələllahu fərəcəhuş şərif) ümum dünya hökümətinin yaradılmasına zəminə ola bilər”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Əhli Beyt (əleyhimus səlam) Dünya assambleyasının sədri Höccətul islam vəl Muslimin cənab Muhəmməd Həsən Əxtəri İrn İslam Respublikasının Semnan şəhərindəki Əhli Beyt (əleyhimus səlam) adına məsciddə təşkil olunmuş “Fatimi Fikri və Mənəviyyatı” adlı konfransda çıxış edərək demişdir: “Bu oyanış həzrəti Məhdinin (əccələllahu fərəcəhuş şərif) ümum dünya hökümətinin yaradılmasına zəminə ola bilər”.

Cənab Əxtəri Vəliyyi Fəfihin göstərişlərinə tabe olmağlığı ictimaiyyətdə ayığlığın meyarı kimi qələmə verərək sözünün davamında demişdir: “Vilayət” ilk növbədə Allaha məxsus olan və onun istəyi ilə məsum İmamlara verilən bir haqqdır ki, Məsum İmamlar da bu haqqı Allahın izni ilə öz canişinlərinə vermişlər...

Dini inhirafların yaranması, cəmiyyətin müxtəlif təbəqələrində yalançı məhdilərin peyda olunması, bunların hammısı ictimaiyyətin azğınyollara sövqləndirməsində səy edən islam düşmənlərinə köməklik etməkdir. Onlar bu xürafatlarla insanları vilayyətdən ayrı salmaq niyyətindədilər. Elə buna görə də xalq gərək bütün məsələlərdə bu mövzuya diqqət yetirsin.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır