11 may 2011 - 19:30

Qonşuların kef məclisində qan töküldü.

Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Sabunçu rayonunda törədilən qətlin təfərrüatları məlum olub.

Məlumata görə, yaxın qonşu olan hər iki şəxs istixanada işləyirmişlər.

Ötən gün iş zamanı mərhum Əlikram Əliyevlə Salehin arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə Əlikramın onu söyməsi olub. Axşam yeyib-içərkən onlar yenidən həmin məsələyə qayıdıblar. Sərxoş olan Saleh mətbəxdən götürdüyü bıçağı Əlikramın qasıq nahiyəsinə soxub. Arterial damarı kəsilən Əlikram xəstəxanaya çatmamış, yolda keçinib.

S.Salərov polis tərəfindən tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır