Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: "Hicaba azadlıq" şüarı adı altında keçirilən aksiyadan sonra ölkə boyu dindarların həbsləri davam edir.
Son 3 gün ərzində artıq ona yaxın dindar polis idarəsinə aparılır.
Aksiyada iştirak edən Eldar Babayev adlı dindar da bu gün günün ikinci yarısı Nərimanov rayonunun Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həbs edilərək aparılıb.
Bu haqda onun yaxınları məlumat verib.
Məlumatda bildirilir ki, onu Nərimanov rayonunun polis idarəsinə aparıblar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır