6 may 2011 - 19:30

Bakının Yasamal rayonunda intihara cəhd olub. Bu barədə rayon Prokurorluğundan bildirilib.

Əhli Beyt - ABNA - xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Yasamal rayonunda intihara cəhd olub. Bu barədə rayon Prokurorluğundan bildirilib.

Hadisə ötən gecə rayonun S. Rəhimov küçəsi 16 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1974-cü il təvəllüdlü Oqtay Salahov özünü yandırıb. Ailə üzvlərinin müdaxiləsi nəticəsində o, təcilli xəstəxanaya çatdırılıb. O. Salahovun vəziyyəti ağır qiymətləndirilir. Onun özünə qəsd etməsinin səbəbləri isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır