Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Vəkil Elçin Namazov mayın 3-də verdiyi açıqlamasında bildirib ki, təcridxana rəhbərliyi ruhanilərin prosesə çıxa bilmələri üçün aksiyanın dayandırılmasını təkid edir.
Gəncədəki 2 saylı İstintaq Təcridxanasında saxlanılan ruhanilərin işinə şəhərin Nizami Rayon Məhkəməsində baxılır. Azər Cəbiyevin növbəti məhkəməsi mayın 4-də, Fəxri İlyasovun məhkəməsi mayın 6-da keçiriləcək. Yanvarın 16-dan həbsdə olan ruhanilər aclıq aksiyası keçirib siyasi sifarişlə tutulduqlarını iddia edirlər.
Elçin Namazov qeyd edib ki, ruhanilərdə ümumi halsızlıq olduğu üçün yataqdan qalxmaları çətinləşib: “Üzərlərində həkim nəzarəti var”.
Azər Cəbiyev və Fəxri İlyasov Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) ittiham olunurlar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır