19 mart 2011 - 20:30

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Günlərdir ABŞ-ın cənub ştatlarında tüğyan edən tufan 330-dək insanın həyatınai son qoyub. Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, rayonlar yer üzündən silinib, minlərlə insan işıqsız qalıb, yollar dağılıb və sair. Xeyli insan ev-eşiksiz qalıb. Axtarış və xilasetmə işləri davam etdirilir. Ölənlərin sayı 330-a çatır «Associated Press»ə verdiyi məlumata görə isə təbii fəlakətin 329 nəfərin həyatına son qoyduğu təsdiqlənib. Milyonadək insan hələ də işıqsız qalır. Ən çox tələfat Alabama ştatında qeydə alınıb – 238 nəfər. Minədək yaralı var.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır