29 aprel 2011 - 19:30

Erməni işğalçıları dünən gün ərzində Füzuli cəbhəsində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 29-da saat 12.00-dan 12.35-dək, 12.55-dən 13.05-dək, 13.20-dən 13.30-dək, 13.45-dən 14.00-dək, 15.30-dan 15.35-dək, 15.45-dən 15.55-dək, 18.00-dan 18.10-dək və 19.05-dən 19.15-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, aprelin 30-da saat 00.15-dən 00.20-dək və 00.15-dən 00.25-dək Ağdam rayonunun Cəvahirli və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır