26 aprel 2011 - 19:30

İsrailin müdafiə naziri Ehud Barak İngiltərənin paytaxtı Londonda səfərdə olarkən yaşadığı "Park plaza" mehmanxanasında məxfi sənədləri unudub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İsrailin müdafiə naziri Ehud Barak İngiltərənin paytaxtı Londonda səfərdə olarkən yaşadığı "Park plaza" mehmanxanasında məxfi sənədləri unudub. Bu barədə İsrailin İTB kanalı xəbər yayıb ("vest.az")

Xəbərdə bildirilir ki, sənədlərlə dolu qovluğu otel otağında qoyan cənab Barak daha sonra Londondan ABŞ-a uçub. Onun bəxtindən boşalmış nömrəyə bir başqası yox, İsraildən olan iş adamı yerləşib. O, qovluqda nə olduğunu bilən kimi ölkəsinin aidiyyatı orqanlarına məlumat verib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır