Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Aksiya iştirakçıları ABŞ-ın pilotsuz təyyarələrinin aviazərbələrinə etirazlarını nümayiş etdiriblər
Pakistanın şimal-qərbindəki Pişavər şəhərində etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Amerika Birləşmiş Ştatlarına məxsus pilotsuz təyyarələrin Pakistana endirdiyi aviazərbələrə etiraz ediblər.
Etiraz aksiyası Pakistan Təhrik-i-İnsaf (Pakistan Ədalət Hərəkatı) partiyası tərəfindən təşkil edilib.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatları qüvvələri Pakistanın Əfqanıstanla sərhəd ərazilərində gizlənən Taliban və Əl-Qaidə döyüşçülərinə qarşı mübarizədə pilotsuz təyyarələrdən istifadə edir.
Pakistanın baş naziri Yusif Gilani və ordu rəhbəri general Əşfəq Pərviz Kayani də daxil olmaqla ölkənin bir sıra rəsmiləri də pilotsuz təyyarələrin zərbələrinə qarşı etiraz nümayiş etdiriblər. Pakistan rəsmilərinin məlumatına görə, cümə günü pilotsuz təyyarələrin son aviahücumu nəticəsində qadın və uşaqlar da daxil olmaqla 25 nəfər ölub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır