Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bəhreynin “bahrainrights.org” saytına istinadən verdiyi məlumata görə, ötən gün Bəhreyn Kəşfiyyat İdarəsinin Təhlükəsizlik üzrə məsul şəxsi Xəlifə bin Abdullah Əl-xəlifə, avtomobil qəzasına məruz qalaraq ölüb. Xəlifə bin Abdullah son günlər Bəhreydə 9 şiə məscid və hüseyniyyənin sökülməsinə birbaşa olaraq əmr vermişdi. Ən sonda isə İslam Peyğəmbərinin əziz qızı Xanım Fatimə-Zəhranın (ə) şəhadəti günü münasibəti ilə keçirilən tədbirə hücum əmri verərək, tədbiri dağıtmiş, məscidi isə viran qoymuşdu.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
