Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bəhreyn “14-ü Fevral İnqilabı” hərakatı “Fars xəbər agentliyi”nə yolladığı bəyanatda BMT-dən və digər Dünya Təşkilatlarından, Zillət və Zülmə boyun əyməyən bütün dünya xalqlarından “Ali Xılifə” rejiminin zülmü qarşısında məzlum Bəhreyn Şiələrinə dəstək olmaqlarını istəmişdir.
Bəyanatda Ali Xəlifə rejimi tərəfindən inqilabçılara edilən zorakılıqdan və BMT-nin bu zorakılıqlar qarşısında susmasına kəskin etirazlarını bildirmişlər.
Bəyanatda ABŞ və Səudiyyə krallığı bu faciələrin törədilməsində təqsirləndirilən baş xarici amil kimi məhkum edilərək, bütün azadlıqsevər insanlardan zülmmün qarşısında heç bir müdafiəsi olmayan məzlum Bəhreyn Şiələrinə kömək etməklərini, ABŞ, Ali Səud və Ali Xəlifə tərəfindən Bəhreynin dinc Şiə xalqına qarşı törədilən terror aktlarının qarşısının alınmasını həmçinin dünyanın bütün ölkələrində mövcud olan Bəhreyn, Səudiyyə Ərəbistanı və ABŞ-ın səfirliyi önündə etiraz aksyalarına davam etsinlər.
Eləcədə Bəyanatda bildirilmişdir:
1- Səudiyyə Ərəbistanın ölkəmizə etdiyi dəxaləti Bəhreyn dövlətini böyük bir kaloniyaya çevirmişdir.
2- Bəhreyn artıq Səudiyyə Ərəbistanın ordusu tərəfindən idarə olunur.
3- BMT və digər Dünya Təşkilatlarının Ali Xəlifə rejiminin törətdiyi cinayətlər qarşısında susması məhkum edilir.
4- Bəhreyn xalqının başına gətirilən müsübətlər dünya Kütləvi İnformasiya Vasitələrində olduqca zəif işıqlanır.
5- ABŞ və İsrail Sionist Rejiminin bu bədbəxtçiliklərdə əas rolu vardır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır