12 aprel 2011 - 19:30

Misirə səfər edən Səudiyyə Ərəbistanının xarici işlər naziri bu ölkənin yeni höküməti tərəfindən ciddi etinasızlıqla qarşılaşıb. Belə ki, Ərəbistan xarici işlər naziri Səud Əl-Feysəli yalnız bu ölkənin Misirdəki səfiri Əhməd bin Əbdüləziz və həmçinin Ərəb Birliyindəki nümayəndəsi qarşılayıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Misirdə inqilab başlayan zaman Ərəbistan rəhbərliyi və bu ölkənin Vəhhabi müftiləri, ölkədki inqilaba qarşı çıxaraq, ciddi cəhdlə diktator Hüsnü Mübarəki müdafiə edirdilər. Hətta Ərəbistanın diktator rəhbərliyi tərəfindən tapşırıq alan bu ölkədəki Vəhhabi müftilər, Misir xalqını “səfeh” belə adlandıraraq, hökümətə qarşı çıxmağı haram elan etmişdilər. Bu məsələ Misir xalqının hədsiz hiddətinə səbəb olmuşdu.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır