Əhli Beyt -ABNA- xəbər agentliynin verdiyi xəbərə əsasən: Son zamanlar Azərbaycan Respublikasında baş verən məmur özbaşnalıqları və dövlət prizidentinin bu primitiv qanunsuzluq qarşısında hələdə susmasına etiraz bildirən AZƏRBAYCAN MÜSTƏQİL VƏ MÜBARİZ RUHANİLƏRİ, “HİCAB VƏ HİCAB QADAĞASI MƏHBUSLARINI MÜDAFİƏ KOMİTƏSİ” Azərbaycan dövlətinə və bütün dünyanın hüquqi təşkilatlarına öz müraciətini bildirdi. Müraciətin mətnini olduğu kimi saytımızda işıqlandırırıq:
ƏDALƏTLİ ALLAHIN ADI İLƏ
AZƏRBAYCAN MÜSTƏQİL VƏ MÜBARİZ RUHANİLƏRİNİN, “HİCAB VƏ HİCAB QADAĞASI MƏHBUSLARINI MÜDAFİƏ KOMİTƏSİ”NİN
Azərbaycan Respublikası Prizidentiə, Azərbaycan Respublikası Ali Məhkəməsinə, Azərbaycan Respublikasınin konstitusiya məhkəməsinə, Qafqaz Musəlmanlari İdarəsinə və həmçinin, ölkə daxilində faliyyət göstərən bütün insan haqlari mudafiə taşkilatlarına;
Birləşmiş Millətlər Təşkilatının baş katibi cənab Pan Gi Muniə,
BMT-a üzv olan dövlət başcilarına,
İslam Konfransi Təşkilatina və ona üzv olan dövlət başçılarına,
Avropa Şurasına va bu təşkilata üzv olan dövlət başçılarina,
Həmçinin, dünyada insan haqlarını müdafiə edən bütün müstəqil dövlət və qeyri-dövlət təşkilatlara
MURACİƏTİ
Özünü xalqının iradəsi ilə mustəqil elan etmiş Azərbaycan Respublikası bu gün həm BMT-nın, həm, BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı (YUNESKO)-nun, Avropa Şurasının, İslam Konfransi Təşkilatiin və sair əsas beynəlxalq insan haqlari təşilatlarının üzvü olduğu halda, həmçinin Azərbaycan dövlətinin imzaladığı xüsusi qanunlardan,
- BMT-nin «DİNƏ, YAXUD ƏQİDƏYƏ GÖRƏ DÖZÜMSÜZLÜK VƏ AYRI-SEÇKİLİYİN BÜTÜN FORMALARININ LƏĞV EDİLMƏSİ HAQQINDA BƏYANNAMƏ»sini nəzərə alaraq;
- BMT-nin “İŞKƏNCƏLƏRƏ VƏ DİGƏR QƏDDAR, İNSANLIQDAN KƏNAR, YAXUD LƏYAQƏTİ ALÇALDAN DAVRANIŞ VƏ CƏZA NÖVLƏRİ ƏLEYHİNƏ KONVENSİYA”sını nəzərə alaraq;
- BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Paktnı və bu Paktın İnsan Hüquqları, Demokratiya və Səmərəli İdarəetmə maddəsini xüsusi nəzərə alaraq;
- BMT-nin “QADINLAR BARƏSİNDƏ AYRI-SEÇKİLİYİN BÜTÜN FORMALARININ LƏĞV EDİLMƏSİ HAQQINDA KONVENSİYA”sını nəzərə alaraq;
- Avropa Şurasının “İNSAN HÜQUQLARININ VƏ ƏSAS AZADLIQLARIN MÜDAFİƏSİ HAQQINDA AVROPA KONVENSİYASI”nı nəzərə alaraq;
- Avropa Şurasının Nizamnaməsinə Azərbaycan Respublikasının qoşulması haqqında, Azərbaycan Respublikasının Qanununu nəzərə alaraq;
-Azərbaycan dövlətinin bütün bu beynəlxalq qanunlara və konvesiyalara imza atması və həmçinin, azərbaycan konstitusiyasında Dövlətin ali məqsədinin insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi olması; azərbaycan konstitusiyasında qeyd olunmuş “ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI VƏ AZADLIQLARI”, maddə 16-da Sosial inkişaf və dövlət; maddə 42-də Təhsil hüququ; maddə 46-da Şərəf və ləyaqətin müdafiəsi hüququ; maddə 47-də Fikir və söz azadlığı; maddə 54-də Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ; maddə 55-də Dövlətin idarə olunmasında iştirak etmək hüququ; maddə 58-də Birləşmək hüququ; maddə 63-də Təqsirsizlik prezumpsiyası; maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi; İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağan olması prinsipi; maddə 60-da, Hüqüq və azadlıqların məhkəmə təminatı və sair konstitusiya hüquq və vətəndaş haqlarını nəzərə alaraq;
Nəzərinizə çatdiririq ki, bir ilə yaxindir ki, Azərbaycanda dövlət səviyyəsində dövlət məmurlari tərəfindən xalqı müsəlman olan halda bir dəstə inanclı müsəlman insanlara qarşi ZORAKILIQ, REPRESİYA, HAQSİZ TƏQİBLƏR, GİZLİN DİNLƏMƏLƏR, ŞƏRLƏNƏRƏK HƏBS OLUNMAQ, DİN XADİMLƏRİNİN VƏ İNİANCLI İNSANLARIN İNANCINA GÖRƏ TƏQİB VƏ MÜXTƏLİF BƏHANƏLƏRLƏ HƏBS olunmasi, ibadət yerlərinin qanunsuz olaraq dağıdılması, dinc dini ayinlərin dağıdılması və bu ayində iştirak edən inanclı insanlarin şərlənərək həbs olunmasi, İNANCLI qadin hüquqlarinin kobud şəkildə pozulması və bu günə qədər (4-5 aya yaxin) bir dəstə İNANCLİ qadin və qız uşaqlarının ali və orta təhsil ocaqlarına buraxilmamasi və ən başlicasi inanclı insanlarin azad fikir və dövlətin və cəmiyyətin ictimai-siyasi hayatinda iştirakının dövlət məmurları tərəfindən kobud şəkildə pozulmasi və sair insan haqlarinin boğulmasını nəzərə alaraq tam əsasla deyə bilərik ki, azərbaycanda dövlət səviyyəsində BİR DƏSTƏ İNANCLI İNSNLARA QARŞI BƏŞƏRİYƏT ƏLEYHİNƏ CİNAYƏT baş verir.
Bütün bunları nəzərə alaraq, Biz Müstəqil Din Xadimləri və İnanacli insan haqlarinin mudafiə komitısi və inancli insanlar, BTM və adları çəkilən bütün insan hüquqlarınin müdafiəsi iddiasında olanlar, BMT-a üzv olan bütün musəlman və qeyri müsəlman ölkə başçılarına, İslam Konfransi Təşkilatinın üzv olan Musəlman dövlət başcilarına və ən başlıcası bütün bu olaylara birbaşa məsuliyyət və cavabdeh olan Azarbaycan Respublikasinin Prizidentindən, Ali Mustəqil Məhkəməsindən, Dövlət konstitusiya məhkəməsindən və Azərbaycanda fəaliyyat edən butun insan haqlarinin mudafiəsi təşkilatlarindan istəyirik ki, bütun bu ÖZBAŞINALIQLARA, REPRESİYALARA, QANUNSUZ TƏQİBLƏRƏ VƏ HƏBİSLƏRƏ, QADIN TƏHSİL VƏ İNANC HÜQUQLARININ KOBUD ŞƏKİLDƏ POZULMALARINA, DİN XADİMLƏRİNİN VA İNANCLI İNSANLARIN SİYASİ VƏ AZAD FİKİRLƏRİNƏ GÖRƏ ŞƏRLƏNİB HƏBS OLUNMALARINA dərhal son qoyulmasi yolunda əllərindən gəlıni etsinlər və Azrbaycan dövlətinin bütün bu beynəlxalq və daxili qanunlar əsasında insan haqlarinin qorunmasi yolunda götürdüyü bütün öhdəliklrə əməl etməsini tələb etsinlər!
Xatırladiriq ki, bildiyiniz kimi inancli insanlarin inanc va etiqadları ilə oynamaq olmaz və onlara qarşi qanunsuz özbaşnaliqlar cəmiyyətdə çox acı nəticələrlə səbəb ola bilər. Gəlin öz qoyduğumuz və özümüzün imzaladığımız qanunlara və insan haqlarına ehtiram qoyaq, sabit, sülh və əmniyyətlə bütün cəmiyyətlərdə insan yaşayışini istər inanclı, istərsədə inanacsiz olsun təmin edəyin!
Bunu bizdən Allah-taala və vicdanımız tələb edir!
Müraciət, beş dildə: Ərəb, ingilis, rus, fransız və çin dillərində tərcümə olunub BMT-a üzv olan bütün dövlət başçılarına, İslam Konfransi Təşkilatina va ona üzv dövlət başçılarına,
AŞ-ina uzv dövlət başcılarına və dünyada müstaqil fəaliyyat göstərən insan haqlarinin müdafiəsi komitələrə yollanılsın;
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!