3 aprel 2011 - 19:30

Əfqanıstanın cənub Qəndəhar bölgəsində dördüncü gündür ki, aksiyalar davam edir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Amerikanın radikal keşişinin Quranı yardırmasına etiraz olaraq keçirilən nümayiş zamanı 2 adam həlak olub, 18 nəfər yaralanıb. Yaralanmalara səbəb qaz kanistrinin alovlanaraq partlaması olub.

Dünən Qəndəharda 10 nəfər ölüb, 83 adam yaralanmışdı. Cümə günü bir qrup adam BMT-nin Məzari-Şərifdəki qərargahına hücum edərək, 7 xarici işçisi öldürmüşdü. Etirazlar mart ayının 20-də Florida ştatındakı bir kilsədə Quranın yardırılmasına görə baş qaldırıb.

ABŞ prezidenti Barak Obama Quran da daxil edilməklə, müqəddəs kitabların təhqirinin dözülməz bir hal və fanatizm olduğunu deyib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır