3 aprel 2011 - 19:30

Pakistanda baş vermiş ağır partlayış hadisəsi qurbanlarının sayı artıb . Pakistanın rəsmi mənbələrinin bildirdiyinə görə, bazar günü bu ölkənin şərqində baş vermiş partlayış qurbanlarının sayı 50 nəfərə çatıb .

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: partlayış Pakistanın Pəncab əyalətinin Deyr Qazixan yerləşən sünnilər ibadətgahında baş vermişdir.

Partlayış həmin ibadətgahın izdihamlı saatlarında törədilib .

Partlayışlar çoxlu sayda insanın xas bir mərasimi keçirdiyi bir halda törədilib .

Pakistanın baş naziri də Pəncab əyalətindəki sünnilərin ibadətgahında törədilmiş terror aktlarını pisləyib . Baş nazir eyni halda bildirib : Günahsız insanları qətlə yetirən terrorçular nə ulu tanrıya inanır, nə dəki humanist prinsiplərə önəm verirlər . Onlar qorxudan bu cür terror hərəkətlərinə əl atırlar .

Taliblər törədilən partlayışların məsuliyyətini öhdəsinə götürüb .

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.