Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Nəbil Rəcəb Qərbin Bəhreyndə baş verən qırğınlara, cinayətlərə göz yummasına işarə ilə deyib:
"Beynəlxalq Hüquq Təşkilatları Bəhreyndə baş verən cinayətlərlə bağlı bir çox bəyanatlar yayımlayıblar. Amma təəssüf ki, bu bəyanatların heç biri Qərb dövlətlərinə təsir etməyib...
Fars körfəzi ərəb ölkələri Liviyaya qarşı hərbi əməliyyatlarda iştirak etdilər. Bu həmkarlıq müqabilində Qərb dövlətləri söz verdilər ki, Ərəbistan və Bəhreyn qoşunlarının, o cümlədən digər dövlətlərdən Bəhreynə göndərilmiş muzdurların törətdiyi cinayətlərinə göz yumulacaq."
Bəhreyn İnsan Haqqları Cəmiyyətinin rəhbəri Ərəb dövlətlərinin Bəhreynə ordu yeridərək müdafiəsiz xalqı əzməsini pisləyərək dedi:
"Bu qoşunların müstəqil bir dövlətə soxulması Beynəlxalq qanunların aşkar şəkildə pozulması deməkdir. Parlament üzvləri və əksər siyasətçilər də bu əməliyyata qarşıdırlar. Bəhreyn padşahının xalqı susdurmaq üçün xarici qüvvələrdən istifadə etməyə heç bir qanuni əsası olmayıb.
Bir neçə gün öncə keçirilmiş etiraz aksiyalarında onlarla insan yaralanıb və 15 yaşlı bir gənc başından aldığı güllə yarasından şəhid olub.
Bəhreyn xalqının vəziyyəti olduqca ağırdır. Bu ölkədə insan haqqları kobud şəkildə pozulur. Bəhreyndə yaralıları xəstəxanaya yerləşdirmək belə olmur. Belə ki, xəstəxanalar ordunun nəzarəti altındadır və yaralılar bura yerləşdirildikdə həbs edilərək, döyülür."
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.