31 mart 2011 - 19:30

Nazirlər Kabinetinin üzvləri deputatların hesabat tələbindən qaçmaq yolunu tutdu. Son 5 ildə hökumətin altı dəfə dəyişdiyi Küveytdə 3 nazirin korrupsiya və vəzifələrinin öhdəsindən gələ bilməmək ittihamıyla sorğu-sual olunması qərarının çıxarılmasından sonra hökumət istefaya gedib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dövlət naziri Rudan əl Rudan hökumətin dünən keçirilən fövqəladə toplantısında istefasını açıqlayıb. Parlamentdəki mənbənin sözlərinə görə, deputatlar bundan əvvəl xarici işlər, informasiya və iqtisadiyyat nazirlərinin bir sıra siyasi problemlərlə bağlı parlamentdə hesabat vermələrini tələb etmişdilər. Məhz buna görə də hökumət hesabatdan yayınmaq üçün istefa vermək barədə qərar qəbul edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.