27 mart 2011 - 19:30

Misirin sabiq prezidenti Hüsnü Mübarək ölkəni tərk etməyib və hazırda ev dustağıdır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  bu bəyanatla Misir Silahlı Qüvvələrinin Ali Şurasının nümayəndələri çıxış ediblər. Bununla da ölkədəki müvəqqəti hökuməti Hüsnü Mübarəkin ölkədən qaçdığı və Səudiyyə Ərəbistanında gizləndiyi barədə məlumatları rəsmən təkzib etmiş olub.

Misirdə nəşr olunan “Əl-Əhram” qəzeti Ali Şuraya istinadən Hüsnü Mübarəklə yanaşı onun ailə üzvlərinin də ev dustağı olduğunu yazıb. Sabiq prezidentə və onun ailə üzvlərinə qarşı bu tədbirlərin nə zamandan görüldüyü açıqlanmır. Xatırladaq ki, fevralın sonlarında Hüsnü Mübarək, xanımı Suzan Mübarək, oğlanları Əli və Camalın ölkəni tərk etməsinə qadağa qoyulub, lakin onların ev dustağı edildiyi açıqlanmayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.