26 mart 2011 - 19:30

İngiltərədə anti-müharibə koalisiyasının üzvlərindən biri deyib: Amerika və onun müttəfiqləri Liviya müharibəsində uran bombalarından istifadə edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  İngiltərədə anti-müharibə koalisiyasının üzvlərindən biri olan David Vilson tabe olduğu koalisiya internet portalında dərc etdiyi məqalədə deyir: Qərbin Liviyaya qarşı başladığı müharibənin ilk 24 saatında ABŞ bombardmançıları Liviyaya 45 iri bomba atdılar.

Bu iri bombalarla birlikdə İngiltərə və Fransanın Kruz raketlərinin də saflaşdırılmış uran başlıqları var idi.

Zəiflədilmiş uran böyrək qüsurları, ağ ciyər və sümük xərçəngi, dəri-zöhrəvi xəstəliklər, sinir sistemi və xromosomlarda çatışmazlıq və insan anatomiyasında immunitetin zəifləməsi kimi xəstəliklər yarada bilər.

Bütün bunlardan əlavə, bu qəbildən olan kimyəvi maddələrə bulaşan körpələrdə doğulduqdan sonra genetiki çatışmazlıqlar yarana bilər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.