Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Alimlərin fikrincə, resurslar günümüzə kimi və bundan sonra israf olunmasaydı və səmərəli isatifadə olunsaydı, yaxın gələcəkdə tükənmək təhlükəsi də olmazdı. Nəzərə alsaq ki, təkcə ABŞ dünya əhalisinin 5%-ni təşkil etməklə dünya resurslarının 40%-ni işlədir, o zaman vəziyyət aydın olur. Odur ki, ABŞ və Qərbi Avropa resursların yaxın gələcəkdə tükənəcəyindən narahat olduqlarından çıxış yolları axtarırlar və bunun da optimal yolunu dünya xalqlarının qırılmasında və dünyada yalnız özlərinin qalması ilə dünya resurslarını istədikləri kimi və dəbdəbəli və həddən artıq firavan həyatları üçün tək istifadə etmək istəyirlər. Bu, onların əsas məqsədidir: özlərindən başqa qalan xalqalrı müharibə və sairə yollarla qırmaq. Necə ki Adolf Hitler almanlardan başqa xalqları qırmaq niyyətində idi. Əməli olaraq da bu məqsədlərinə doğru gedirlər.
Onlar müsəlman xalqlarını terrorizmlə mübarizə adı altında qırırılar. Terrorist olaraq tanınan Bin Laden adlı süni bir obraz düzəldərək və sonsuzluğa qədər onu axtarmaqla guya terroristləri qırmaq bəhanəsilə, əslində, dinc müsəlman əhalisini qırırlar.
Amerikadakı 11 sentyabr məsələsini Amerika özü ssenariləşdirmişdi və həyata keçirmişdi. Və bu, əslində, İraq, Əfqanıstan və sair Yaxın Şərq ölkələrinə terrorizmlə mübarizə bəhanəsilə girməyin müqəddiməsi idi. Necə ki, günümüzdə də buna bənzər planları görürük. İndi sırada Liviyadı və ardınca digər müsəlman ölkələri ola bilər.
Qalan xalqları da ölkələrində mövcud olan milli azlıqlarla qarşı-qarşıya qoyaraq, qırılmalarına və məhv olmalarına səbəb olurlar. Belə ki, ABŞ və Qərbi Avropanın əsas məqsədi özlərindən başqa dünyadakı əhalini qırmaq və mövcud dünya resurslarından gen-bol istifadə etməkdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.