Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Liviya və ərəb mediasının veridyi xəbərə görə, Liviya prezidenti ölkəni hədəfə alan koalisiya qüvvələrini iqtidar nümayəndələri və Qərb arasında planlaşdırılan bir lahiyəni qəbul etdirməyə çalışır.
Liviya rəsmilərindən biri bu barədə bildirib: “Syfülislam Qəzzafi Fransa və İngiltərə rəsmiləri ilə əlaqə sxlayaraq hava hücumlarının, raket zərbələrinin dayandırılması qarşısında gücün Müəmmər Qəzzafidən alınaraq 3 il müddətində ona ötürülməsi və masa arxasında inqilabçılarla müzakirələrin davam etdirilməsi lahiyəsini irəli sürüb.”
Lakin Liviya İnqilabı Şürasının rəsmilərindən biri deyib: “Bu, yeni siyasi manovrdır və biz heç bir halda bu lahiyədə iştirak etməyəcəyik. Əgər Qəzzafi çıxış yolu istəyirsə, Liviya hakimiyyətindən uzaqlaşmalıdır. Əks halda harda olursa olsun biz ona tərəf gedəcəyik.”
Liviya hakimiyyəti müxalifətinin nəzərincə, Qəzzafi və onun himayədarlarının bu addımlarda məqsədi vaxt tələf etmək və kütləni aldatmaqdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.