Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Müxalifət qüvvələri ordu və təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb. Paytaxt da yerləşən Camal Əbdül Nasir meydanında 200-ə yaxın hökümət tərəfdarı, nümayişçiləri daşlayıblar.
Paytaxtda yerləşən Camal Əbdül Nasir meydanında baş verən qarşıdurmalara nəticəsində xeyli sayda insan yaralanıb.
Hazır ki, rejim tərəfdarlarının və polis işçilərinin müxalifətçiləri dağıtmaq üçün daşlardan və su borularından istifadə ediblər. Xəstəxana işçilərinin verdiyi məlumata görə yaralanalardan iki nəfərin vəziyyəti ağırdır.
Xatırladaq ki, iordoniyalı etirazçılar Kral Abdullahı demokratiyaya keçməsini tələb etmək, özünün və məmurların vəzifələrindən sui-istifadə etdiyinə etiraz etmək üçün küçələrə axışıblar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.