23 mart 2011 - 19:30

Türkiyə parlamenti Liviyaya silah təchizatına qarşı tətbiq olunmuş embarqoya qoşulmaq barədə qərar qəbul edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  Baş nazir Rəcəb Tayyip Ərdoğanın embarqoya qoşulmaq barədə təqdim etdiyi təklifi Türkiyə Böyük Millət Məclisi təsdiq edib.

Türkiyəyə məxsus hərbi gəmilər Liviyanın dəniz sərhədlərini blokada edən NATO qüvvələrinə daxil olacaqlar. Bu qərar Türkiyə parlamentinin qapalı iclasında qəbul edilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.