21 mart 2011 - 20:30

Küveyt Hərbi Dəniz Qüvvələrini Bəhreynə yollamaqla Bəhreyn xalqının etiraz aksiyalarını yatırmaq üçün Bəhreynə yollanmış digər xarici ölkələrə qoşulub. Xarici qüvvələr bu əməlləri ilə Manama rejiminə Bəhreyn xalqını əzmək üçün kömək edəcəklər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  ötən gün Küveytə məxsus gəmilər Bəhreyn sahillərinə yaxınlaşıblar. Əldə olunan məlumatlara əsasən Küveytin Bəhreyndəki səfiri bildirib ki, Küveyt Bəhreyndə sakitliyin bərqərar olunması üçün kömək etməyə hazırdır. Amma Bəhreyn xalqı xarici qüvvələrin Bəhreynə daxil olmasına qarşıdırlar.

Fars körfəzi həmkarlıq təşkilatının üzvü olan Ərəbistan Birləşmiş Ərəb Əmirlikləri Bəhreynə qoşun yeritdikdən sonra Küveyt bildirmişdi ki, Bəhreynə ordu yeritmək fikrində deyil. Bundan öncə Ərəbistan min nəfərlik ordu ilə Bəhreynə daxil olmuşdu. Birləşmiş Ərəb Əmirlikləri isə 500 nəfər polisdən ibarət qrupu Bəhreyndəki etirazçıları əzmək üçün bu ölkəyə daxil edib. Bəhreyndə dövlət əleyhinə başlayan etirazlar ölkə padşahı Ali xəlifənin hakimiyyətdən getməsi üçün planlaşdırılıb. İndiyədək Bəhreyndə 15 nəfər ölüb minlərlə insan yaralanıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır