Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu barədə FaktXeber.com-a mərhumun yaxınları məlumat verib. Yaxınlarının sözlərinə görə, hacı Əlikram uzun zamandır əziyyət çəkdiyi şəkər xəstəliyindən dünyasını dəyişib. Bir saat bundan əvvəl AİP-in sabiq sədri evində olarkən keçinib.
Qeyd edək ki, Əlikram Əliyev Azərbaycan İslam Partiyasında1991-96-cı illərdə sədr funksiyasını yerinə yetirib.
Allah rəhmət eləsin!