Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: оn minlərlə insan Stuttgart şəhəri ilə nüvə obyektinin yerləşdiyi Nekatvestaym arasında 45 kilometrlik insan zənciri qurub. Aksiya iştirakçıları 17 nüvə obyektinin əlavə 12 il işlədilməsi planına kəskin reaksiyalar bildirib. Almaniyanın əsas müxalifət partiyası Sosial Demokratlar bildirir ki, Yaponiya fəlakəti Almaniyanın nüvə siyasətini dəyişməlidir. Nüvə enerjisindən istifadə edilməsini Almaniya kansleri Angela Merkel irəli sürüb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır