10 mart 2011 - 20:30

Müstəntiq Hazı Zülfüqarın həbs olunmasına əsas səbəb kimi Günəşli qəsəbəsində çıxışı zamanı “ Bizə uzanan əlləri kəsəcəyik” deməsi olduğunu bildirib. Halbuki, bu cümlədə heç bir cinayət tərkibi yoxdur. Hər hansı bir şəxs onun hisslərinə toxunulduğu zaman hansısa ifadələr işlədir və buna görə cinayət işi açılmır.

Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Nəsimi rayon məhkəməsində Hafizi Quran Hacı Zülfüqar Mikayılzadənin məhkəməsi keçirilib.

Məhkəmə barədə Hacı Zülfüqar Mikayılzadənin vəkili Elçin Namazovdan müsahibə alınıb. “Bu gün keçirilən məhkəmə barədə nə deyə bilərsiniz? Nə kimi dəyişikliklər oldu? Hansı qərarlar qəbul olundu, yaxud da olunmadı?” suallarını cavablandıran Vəkil Elçin Namazov bildirdi: “Biz məhkəmədə həbsin ev dustaqlığı ilə dəyişdirilməsini əsaslandırdıq. Bu məsələ ilə bağlı bildirdik ki, Hacı Zülfüqarın bu günə qədər əleyhinə heç bir dəlil, sübut yoxdur, yaşayış yeri məlumdur, 3 uşağı var. Ən başlıcası isə özü günahsızlığını sübut etmək yolunu tutub. Cinayətini etiraf etmir və deyir ki, bu böhtandır, siyasi sifarişdir. Bunu sübut etməyə çalışırıq.

Qarşı tərəf, yəni istintaq orqanı buna etiraz etdi. Bildirildi ki, məhbus azad olunsa, qaça bilər, cinayətin maddəsi ağırdır. Amma biz ortaya əks-arqumentler qoyduq.

Avropa məhkəməsinin qərarlarına əsaslanaraq bildirdik ki, hökmün ağır olması bir şəxsi həbsdə saxlamaq üçün kifayət etmir. Avropa məhkəməsində təcrübə belədir. Həmçinin də qeyd etdik ki, qaçış həmin cinayətin Zülfüqar Mikayılov tərəfindən törədildiyinə çox böyük ehtimal yaradacaq. Belə olan təqdirdə, ayrı bir cinayət tərkibi olacaq və yeni bir cinayət maddəsi əlavə olunacaq.

İstintaq tərəfindən bu gün verdiyimiz vəsatətin təmin olunub olunmayacağından asılı olmayaraq , demək olar ki, müsbət nəticə əldə edildi. Belə ki, Zülfüqar Mikayılovun onunla birlikdə təqsirləndirilən digər 6 şəxslə əlaqələndirilməsi və onlarla birlikdə hakimiyəti devirməkdə ittiham edilməsinin səhv olması qətiləşdi. Bunu müstəntiq etiraf edib. Demək olar ki, bu məhkəmənin xeyri elə bu oldu.

Məhkəmə sadəcə istintaq tərəfindən bütün sənədlər təqdim edilmədiyinə görə saat 15-ə qədər təxirə salınıb”.

Müstəntiq Hazı Zülfüqarın həbs olunmasına əsas səbəb kimi Günəşli qəsəbəsində çıxışı zamanı “ Bizə uzanan əlləri kəsəcəyik” deməsi olduğunu bildirib. Halbuki, bu cümlədə heç bir cinayət tərkibi yoxdur. Hər hansı bir şəxs onun hisslərinə toxunulduğu zaman hansısa ifadələr işlədir və buna görə cinayət işi açılmır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır