3 mart 2011 - 20:30

Bəhreyndə şiələrdən təşkil olunmuş müxalifətin etiraz nümayişlərindən sonra növbə sünnilərə çatıb. Kral ailəsini dəstəkləyən sünni əqidəli müsəlmanlar artıq Kral ailəsinə öz dəstəklərini bildirmək üçün meydanlara çıxıblar. Şiələrdən olan müxalifət liderləri iqtidar nümayəndələri ilə görüşə bilcəklərini açıqlaylıblar.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:Tunisdə baş verən xalq üsyanından sonra növbə Misirə çatdı. Misirdə də neçə illərdir diktatorluuq edən Hüsnü Mübarək rejimi devrildi. Artıq üsyan dalğası sunami dalğasına çevrilib. Hal-hazırda da Orta Şərqdə yerləşən ölkələrdə etiraz dalğaları davam edir.

Bəhreyndə iki həftə bundan qabaq başlayan xalq etirazları cəmiyyəti iki yerə bölüb. Paytaxtın bir meydanı müxalifət tərəfdarlarının, bir meydanı isə iqtidar tərəfdarları ilə dolub. Gecə-gündüz xalq nümayişçiləri öz etirazlarını bildirmək üçün küçələrə axışıb "xalq bu rejimi istəmir" şüarları səsləndiriblər.

Müxalifətçilərin etirazlarının ara vermədən davam etməsi, iqtidar nümayəndələrinində küçələrə axışmasına səbəb olub. Meydanlara tökülüşən iqtidar tərəfdarlar əllərində Kralın şəkillərinə tutaraq  Kral ailəsini dəstəklədiklərini bildiriblər.

İqtidar nümayişçilərinin əlllərində Səudiyyə Ərəbistanının bayraqlarının olması dünya ictimaiyyəti tərəfindən təəccüblə qarşılanıb. Qeyd edək ki, bir neçə gün bundan əvvəl dünya mətbuatında Səudiyyə hökümətinin Bəhreynə etirazçıların qarşısını almaq üçün 30 tank göndərməsi haqqında məlumat yayılmışdı. Yayılan məlumata baxmayaraq, Səudiyyə hökümət bunu təkzib etmişdi.

Müxalifət nümayəndələri görüşməyə hazır olduqlarını bildiriblər. Şiə müxalifət lideri olan Əbdül Cəlil Xəlil iqtidarla görüşlər keçirməyə hazır olduqlarını qeyd edib. Əddül Cəlil Xəlil iki həftədir davam edən nümayişlərdən sonra iqtidarla danışıqlar aparmağa razı olduqlarını bildirərək, dialoq üçün çərçivə təqdim edəcəklərini vurğulayıb.

Xatırladaq ki, ABŞ-ın 5-ci hərbi ordu koalisiyası Bəhreyndə yerləşir. Ekspertlərə görə, Bəhreynin hazırki, rejimi özünü qorumaq məqsədi ilə xalq arasında ikitirəlik və sünni-şiə qarşıdurması yaratmaq istəyir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır