Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qəzafinin özünə ailəsinə aid olan bütün var dövləti donduralacaq. Həmçinin Liviyada nümayişçilərə qarşı istifadə olunan göz yaşardıcı qazların Liviyaya satışına qadağa qoyulacaq. Brüsseldə keçirilən konfransda təsdiq olunan sanksiyalrın yaxın günlərdə tətbiq olunacağı bildirilir.
İngiltərə höküməti ölkəsində Qəzzafiyə aid olan var-dövləti dondurub. Dünən axşam İngiltərə xarici işlər nazirliyinin açıqlama yayıb. Verilən açıqlamada Qəzzafinin özünə və ailəsinə aid olan bütün var dövlətinin dondurulduğu bildirir. Bu arada İngiltərə baş naziri David Kameron, "Artıq Liviya lideri Qəzzafinin hakimiyyətdən gedmə vaxtı çatıb" deyə açıqlama verib.
"The Telegraph" qəzetinin yazdığı məlumata görə, Qəzzafinin İngiltərədə 20 milyard sterlinq pulu və Londonda dəyəri 10 milyon sterlinq olan evi var.
Bundan əlavə ABŞ xarici işlər naziri Hillary Klinton, öz xalqını öldürmək üçün pullu əsgər və quldurlar tutan Liviya lideri Muammər Qəzzafininin istefa verməsinin zəruri olduğu söyləyib. Bu sözləri Hillari Klinton Cenevredə keçirilən konfransda çıxış edərkən deyib.
Qeyd edək ki, artıq Kanada höküməti də Qəzzafinin pullarını dondurduğunu açıqlayıb.Bu haqqda açıqlama verən Kanadanın baş naziri Stefen Harper, Qəzzafini ölkəsinin qan gölünə çevirməkdən imtina etməyə çağırıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır