Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Professor Ser İan Qilmore mətbuata verdiyi açıqlamasında bildirib ki: “Alkoqol qəbul etmək qanunidir, ancaq o da ağlı başdan alır. 1,5 milyon insan alkoqol aludəçisidir. Bu məsələdə də ciddi tədbirlərin görülməsini tələb edirik. Alkoqol yuyucu toz kimi adi bir ticarət malı deyil”.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən İngiltərə dünyada 13,37 litrlə ən çox içki içilən 16-cı ölkədir. Siyahıda Moldova birinici yerdə qərarlaşıb. Orta hesabla, hər bir moldavan il ərzində 18,22 litr alkoqollu içki içir. Bu, dünya üzrə orta göstəricidən (6,1 litr) 3 dəfə çoxdur. Reytinq cədvəlinin növbəti pilləsində adambaşına 16,45 litr alkoqollu içki ilə Çexiya, üçüncü yerdə 16,27 litrlə Macarıstan, dördüncü yerdə 15,76 litrlə Rusiya, beşinci yerdə 15,6 litrlə Ukrayna, altıncı yerdə 15,57 litrlə Estoniya, yeddinci yerdə 15,48 litrlə Andorra, səkkizinci yerdə 15,3 litrlə Rumıniya, doqquzuncu yerdə 15, 19 litrlə Sloveniya, onuncu yerdə 15,13 litrlə Belarus gəlir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.