Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: zərbənin hədəfi şəxsi heyəti müxalifətin tərəfinə keçmiş hərbi baza olub.
Aviazərbə nəticəsində tələfat olub-olmaması barədə informasiya verilmir. “Əl-Cəzirə” telekanalı üsyançıların nəzarəti altında olan Benqazidə polisin də Müəmmər Qəddafi əleyhdarlarının tərəfinə keçməsi barədə məlumat yayıb.
Xatırladaq ki, 42 ildir Liviyaya rəhbərlik edən Müəmmər Qəddafinin oğlu Seyful-İslam Qəddafi televiziya ilə xalqa müraciətində son gülləyə qədər savaşacaqlarını bildirib.
Hazırda paytaxt Tripolidə küçə döyüşləri gedir. Hökumətin və dövlət televiziyasının binaları müxalifət tərəfdarları tərəfindən ələ keçirilərək yandırılıb, Tripoli beynəlxalq hava limanı Müəmmər Qəddafi rejiminin əleyhdarları tərəfindən nəzarətə götürülüb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.