18 fevral 2011 - 20:30

Konfrans zamanı Azərbayacan İslam Partiyasının həbs olunmuş lideri Mövsüm Səmədov və nüfuzlu ruhani Zülfüqar Mikayılzadənin də aralarında olduğu 19 məhbusun azadlığı üçün yekun bəyannamə qəbul olunacaq.

Əhl Beyt -ABNA - xəbər agenliyinin verdiyi xəbərə əsasən: Tədbirdə Azərbaycanda orta məkətblərdə hicabın qadağan olunması, məscidlərin sökülməsi və ruhanilərin həbsi əsas mövzu olacaq. Bununla bağlı konfrans iştirakçılarının birgə qətnamə qəbul edəcəyi də bildirilir

Türkiyə mediasına istinadən verdiyi məlumata görə, mərkəzi ofisi London şəhərində yerləşən "İslam İnsan Haqları" təşkilatı İstanbul şəhərində Azərbaycanda baş verən islamofobiya mövzusunda konfrans keçirməyi planlaşdırır. Bu ilin mart ayında təşkil olunacaq konfransda Azərbaycan, Rusiya, Ukrayna, İngiltərə, Malaziya, Amerika, Cənub Afrika, İran, Kanada, Dağıstan, Gürcüstandan olan insan haqqları müdafiəçiləri iştirak edəcək. Tədbirdə Azərbaycanda orta məkətblərdə hicabın qadağan olunması, məscidlərin sökülməsi və ruhanilərin həbsi əsas mövzu olacaq. Bununla bağlı konfrans iştirakçılarının birgə qətnamə qəbul edəcəyi də bildirilir.

Qeyd edək ki, mart ayının 6-da keçiriləcək yığıncağa Türkiyənin bir sıra təşkilat və partiyalarının üzvləri də qatılacaq. Konfrans zamanı Azərbayacan İslam Partiyasının həbs olunmuş lideri Mövsüm Səmədov və nüfuzlu ruhani Zülfüqar Mikayılzadənin də aralarında olduğu 19 məhbusun azadlığı üçün yekun bəyannamə qəbul olunacaq.

 

Diqqət: Xəbərdən itifadə etdikdə mənbəyə istinad lazımdır