Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ermənistan Milli Statistika Xidməti və BMT-nin əhali fondunun araşdırması ermənilər üçün məyusedici həqiqəti bir daha üzə çıxarıb. Araşdırma ölkəni hər il 7,5 min insanın tərk etdiyini göstərib. Məlumatı Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyi yayıb. Məlum olub ki, ölkəni tərk edənlər arasında əksəriyyət əmək miqrantlarıdır: “Son 2 ildə olduğu kimi, bu il də onların əksəriyyəti Rusiya, MDB ölkələri və ABŞ-a üz tutur. Ölkəni tərk etmiş şəxslərin geri qayıtmaması, əksinə, sonradan ailələrini də oraya aparması ehtimalı yüksəkdir. Bu isə daha miqyaslı emiqrasiyaya səbəb olacaq”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.