Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İslam İnqilabının ali dini lideri Seyid Əli Xamneyi Təbriz camaatı ilə görüşündə deyib: “Azərbaycan xalqının yüksək mübarizliyi islam inqilabında çox təsirli olub və 33 il bundan öncə bunun şahidi olmuşuq. Həmin mübarizə gücü bu gün də var və gələcək nəsillərə də ötürüləcək”.
O, İran İslam Respublikasının bu gün qüdrətli dövlətə çevrilməsinin, elm, texnologiya sahəsində inkişafının Azərbaycan xalqının 33 il öncə etdiyi mübarizə sayəsində baş tutduğunu bildirib: “Hazırda İrana qarşı iqtisadi blokadalar tətbiq edilir, elmin inkişafına maneələr yaradılır, alimlərimizi terror edirlər”.
İmam Xamneyi Azərbaycan xalqının tarixin müxtəlif zamanlarında bütün çətinliklərdən üzüağ çıxdığını söyləyib. Dini lider dünyada bütün millətlərin hüquqlarının ABŞ və digər istismarçı qüvvələr tərəfindən pozulduğunu vurğulayıb: “Misir xalqı da zülm və istismardan təngə gələrək möhtəşəm bir inqilab etdi. Azərbaycan xalqı belə hallarda yeri gəldikdə öz şücaəti və qeyrəti ilə varlığını sübuta yetirib. Uzaqgörən, ayıq və mübariz olmaq Azərbaycan xalqının əsas xüsusiyyətləridir”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır