Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) yaxın vaxtlarda 30 ədəd «Matador» və «Marauder» tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsini (MRAP) Silahlı Qüvvələrə təhvil verəcək.
Cənubi Afrika Respublikasının «Paramount Group» şirkətinin lisenziyası əsasında MSN-in müəssisəsi ilə birgə Bakıda qeyd olunan sayda hərbi nəqliyyat vasitəsi yığılaraq istismara hazır vəziyyətə gətirilib. Hazırda texnikaların üzərinə silahların qurulması və digər kiçik həcmli işlər yerinə yetirilir.
Əsasən 14,5 və 12,7 çaplı pulemyotlarla təchiz olunacaq nəqliyyat vasitələri «V» formalı şassiyə malikdir. Onlar tank əleyhinə minaların partlaması halında belə şəxsi heyəti qəlpələrdən və partlayışın təsirlərindən mühafizə edir.
Qeyd edək ki, «Matador» 14 (12+2), «Marauder» isə 10 (8+2) personal daşıya bilir. Texnikaların partlayışa tab gətirmə imkanları isə müvafiq olaraq 21 kq TNT və 14 kq TNT-dir. Balistik müdafiə sisteminə malik olan bu döyüş maşınları şəxsi heyəti 7,62 mm çaplı güllələrdən qoruya bilir. «Matador» STANAG 4569 Level 4a və STANAG 4569 Level 4b, «Marauder» isə STANAG 4569 Level 3a və STANAG 4569 Level 3b standartlarına uyğundur.




Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır